Tiaqo Silvanın məğlubiyyət şərhi: "Bu, təhqirdir"

Tiaqo Silvanın məğlubiyyət şərhi:  "Bu, təhqirdir"
DÜNYA FUTBOLU 7 Mart 2019 / 12:22 4644
-  A +

"Danışmaq çox çətindir. Bu, təhqirdir. Səfərdə çox yaxşı çıxış etmişdik. Ancaq evdə bunu təkrarlaya bilmədik".

Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin kapitanı Tiaqo Silva Çempionlar Liqasının 1/8 finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Matçdan əvvəl danışdığımız kimi olmadı. Yaxşı sürət yığmışdıq, ancaq hər şey bu mərhələdə başa çatdı. Bu gün bizdə heç nə alınmadı. Azarkeşlərdən bizi bağışlamağı xahiş edirəm".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner