"Mançester Yunayted"dən Dibala üçün 140 milyon avro

"Mançester Yunayted"dən Dibala üçün 140 milyon avro
DÜNYA FUTBOLU 6 Mart 2019 / 22:36 2661
-  A +

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, argentinalı hücumçunu “Mançester Yunayted” transfer etmək istəyir.

Dibalanı Romelu Lukakunun əvəzləyicisi kimi görən “mankunyanlar” bu transfer üçün Turin klubuna 140 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki 26 yaşlı forvard bu mövsüm A Seriyasında 23 oyuna 6 qol vurub. Çempionlar Liqasında isə 6 oyuna 5 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər