"Milan" Donnarumma ilə müqaviləni uzadır

"Milan" Donnarumma ilə müqaviləni uzadır
DÜNYA FUTBOLU 6 Mart 2019 / 21:58 1284
-  A +

“Milan” qapıçısı Canluici Donnarumma ilə müqaviləni yeniləməyə hazırlaşır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 20 yaşlı qolkiperin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Napoli”nin yetirməsi olan İtaliya millisinin üzvü 2015-ci ildən “Milan”da çıxış edir. Onun “qırmızı-qaralar”la hazırkı müqaviləsi 2021-ci ilə qədərdir.

Son xəbərlər