"Mançester Yunayted"də ciddi itki - 6-8 həftə oynamayacaq

"Mançester Yunayted"də ciddi itki - 6-8 həftə oynamayacaq
DÜNYA FUTBOLU 4 Mart 2019 / 19:19 1910
-  A +

"Mançester Yunayted"in zədəli futbolçusu Aleksis Sançesin son durumu müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən çilili hücumçunun sağ dizində problem aşkarlanıb. Onun təxminən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Sançes  İngiltərə Premyer Liqasında "Sauthempton"a qarşı matçın 52-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənib.


Son xəbərlər