“Venger çox ağıllı və dünyanın ən yaxşı məşqçilərindən biridir”.
Qol.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerlə aralarındakı rəqabətdən danışıb. O, Vengerlə dəfələrlə münaqişəyə girsə də, bu rəqabətdən hazz aldığını bildirib:
“Mən İngiltərəyə gələndə məğlubedilməz “Arsenal”ı və qənimi olduğu Ser Aleksin “Mançester Yunayted”ini gördüm. Biz isə 3-cü idik və illər sonra çempionluq qazanmaq üçün çox çalışırdıq. Eyni həvəsdə olan Vengerlə ciddi bir rəqabətə başladıq. Biz mehriban düşmənlər idik.
Niyə insanlar Vengerin məğlubiyyətsiz çempionluq yaşayan bir məşqçi olduğunu unudur? Bu uğuru başqa kim bacarıb?"
Aralarında baş verən insidentlərin Vengerə olan hörmətini azaltmadığını deyən Mourinyo qeyd edib: “Həqiqətən də rəqabətimizdən çox ləzzət alırdım. Olanlara görə peşmanam demirəm. Çünki bu, bizim keçmişimizin silinməz bir parçasıdır”.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı