FİFA "Çelsi" klubuna qarşıdakı iki transfer pəncərəsi dövründə yeni futbolçu almağı qadağan edib.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna London təmsilçisinin azyaşlı oyunçuların alınması zamanı beynəlxalq qaydaları pozması səbəb olub. "Zadəganlar"ın yeni futbolçuların transferi və qeydiyyatında 29 qayda pozuntusuna yol verdiyi aşkarlanıb.
Paytaxt klubu qarşıdakı yay və qış transfer dövrlərində heyətinə yeni futbolçu qata bilməyəcək. Bundan başqa, klub 600 min İsveçrə frankı (təqribən 530 min avro) məbləğində cərimələnib. Qadağa qadın və futzal kollektivləri istisna olunmaqla, "Çelsi"nin bütün komandalarına şamil olunur.
Qeyd edək ki, qərar hələ qüvvəyə minmədiyindən "Çelsi" rəhbərliyi apellyasiya şikayəti verə, daha sonra isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı