"Benfika" baş məşqçisi ilə bağlı qərar verdi

"Benfika" baş məşqçisi ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 16:52 2100
-  A +

"Benfika" baş məşqçisi Bruno Lageylə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 42 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.

Bu ilin yanvar ayından portuqaliyalı çalışdırıcının rəhbərliyi altında çıxış edən Lissabon təmsilçisi 7 oyunun 6-da qalib gəlib, 1-də uduzub.

Qeyd edək ki, "Benfika" komandanın uğursuz çıxışı səbəbindən yanvarda baş məşqçisi Rui Vitoriyanı istefaya göndərmişdi. Bundan sonra Bruno Lageylə mövsümün sonuna qədər müqavilə imzalanmışdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner