"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la keçirəcəkləri ev oyunu haqda fikirlərini açıqlayıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis matçöncəsi mətbuat konfransında hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib:
"Həmişə olduğu kimi vuruşacağıq. Bundan əvvəlki görüşlərdə olduğu kimi, eyni oyun üslubu ilə meydana çıxacağıq. "Yuventus" kimi rəqiblə oynamaq arzusundayam. "Atletiko" Çempionlar Liqasının əsas simalarından biridir. Bu, bizim üçün əla motivasiyadır. Heç bir komandanın aşkar üstünlüyü yoxdur. Oyuna bərabər şərtlərdə başlayacağıq".
Simeone sabahkı qarşılaşmanın erkən final adlandırılmasına da münasibət bildirib: "Erkən final? Yox-yox, bu, 1/8 finaldır. "Yuventus" dahi baş məşqçisi olan güclü rəqibdir. Bütün mümkün silahlarımızdan istifadə edəcəyik. Turin təmsilçisinin güclü tərəfi klubun özüdür. Son illərdə "Atletiko" da xeyli inkişaf edib".
Baş məşqçi Kriştiano Ronaldonun yayda "Real"ı "Yuventus"a dəyişməsi məsələsinə də toxunub: "Ronaldo əla seçim etdi. O, idman və peşəkarlıq baxımından əhəmiyyətli bir çağırışa razılıq verdi".
Qeyd edək ki, fevralın 20-dən 21-nə keçən gecə keçiriləcək "Atletiko" - "Yuventus" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Alan Şirer qəza keçirdi
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti
Liqa 1-də qiyməti ən çox artan futbolçular
Argentina millisinin üzvü DÇ-2026-nı buraxacaq
Azərbaycanın U-21 millisi Portuqaliyaya 4 qolla uduzdu
78 yaşlı Hocson bu klubu çalışdıracaq
Azərbaycan - Portuqaliya oyununa “yüksək maraq” - Video
U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi
FİFA-dan Türkiyənin 2 klubuna transfer qadağası
Mbappe tarixi rekordun bir addımlığında
Qattuzodan qələbə şərhi
Almaniya millisindən kənarda qaldı
Ançelotti: "Biz məyus deyilik"
“O təklifi qəbul etmədim, arzum İngiltərədir” - Koxalski