Simeone "Atletiko" ilə müqaviləni uzatdı - Rəsmi

Simeone "Atletiko" ilə müqaviləni uzatdı -  Rəsmi
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 20:00 1783
-  A +

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb.

Yeni müqaviləyə əsasən argentinalı mütəxəssis 2022-ci ilin yayına qədər Madrid klubunu  çalışdıracaq.

Qeyd edək ki, 2011-ci ildən Simeonenin rəhbərliyi altında çıxış edən komanda bu müddət ərzində İspaniya La Liqasının, İspaniya kubokunun, İspaniya Superkubokunu, iki dəfə Avropa Liqasının, iki dəfə isə UEFA Superkubokunun qalibi olub.

Son xəbərlər