UEFA Çempionlar Liqasında dünən gecə ilk dəfə tətbiq olan VAR sistemi sayəsində ləğv edilən qolla bağlı rəsmi izahat yayımlayıb.
Qol.az-ın ÇL-in rəsmi "Tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 finalında "Ayaks"ın futbolçusu Nikolas Talyafikonun "Real"a qarşı matçın (1:2) 38-ci dəqiqəsində, hesab 0:0 olarkən vurduğu qolun ləğvi ilə bağlı bildirilib: "Talyafikonun qolu videotəkrara baxışdan sonra ləğv edilib. Hakim müəyyən edib ki, Talyafiko Tadiriçin ötürməsi zamanı oyundankənar vəziyyətdə idi və qapıçı Tibo Kurtuanın topa oynamağına mane olmuşdu. Hər şey VAR qaydalarına uyğun olaraq edilib və doğru qərar verilib".
Qeyd edək ki, "Ayaks"ın baş məşqçisi Erik ten Haq oyundan sonra qolun ləğvinin yanlış qərar olduğunu bildirib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”