"Bizim üçün çətin matç oldu. "Ayaks" aqressiv oyun nümayiş etdirdi. Bütün güclərini meydana qoydular. Burada qələbə qazana bilmək üçün güclü olmağımızın vacibliyini bilirdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Santyaqo Solari Çempionlar Liqasının 1/8 finalında "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edərkən deyib.
O, VAR sisteminin tətbiq olunaraq rəqib futbolçu Nikolas Talyakofikonun 37-ci vurduğu qolun ləğvinə də münasibət bildirib: "Baş məşqçilər epizodu təkrar izləyə bilmir. Ona görə VAR və hakimlərin verdiyi qərarlara inanmaq məcburiyyətindəyik".
S.Solari komandasının çıxışından razı qaldığını da vurğulayıb: "Bu nəticə üçün çox çalışdıq. Oyunçularımi stədiklərimi meydanda nümayiş etdirdi.Hər kəsin oyunundan razıyam. Çempionlar Liqasında asan rəqib və ya oyun yoxdur. "Ayaks" çox yaxşı oynadı".
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”