Fabreqas "Monako" ilə razılığa gəldi

Fabreqas "Monako" ilə razılığa gəldi
DÜNYA FUTBOLU 2 Yanvar 2019 / 11:00 2331
-  A +

"Çelsi”nin futbolçusu Sesk Fabreqas “Monako”ya keçməyə yaxındır.

Qol.az-ın "L Equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, 31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı olan "Monako”nun baş məşqçisi Tyerri Anrinin rəhbərliyi altında oynamaq istəyir. Tərəflərin razılığa gəldiyi və transferin gələn həftə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildə “Barselona”dan “Çelsi”yə keçən Fabreqasın London klubu ilə müqaviləsi bu ilin yayında başa çatır. O, “Çelsi”də əsas heyətə düşməkdə çətinlik çəkir.

Son xəbərlər