"Özümü dünyanın ən ağıllı insanı hesab etmirəm. Amma əslində axmaq da deyiləm. "Liverpul"un artıq çempion olduğunu düşünmək ən azı axmaqlıq olar".
Qol.az-ın "Goal.com"a istinadən məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 20-ci turunda "Arsenal"ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Dünənki qələbədən sonra liderliyini möhkəmləndirən mersisaydlılar hazırda ən yaxın izləyicisi "Tottenhem"i 9 xal qabaqlayır. Ancaq alman mütəxəssis bu fərqin heç bir önəm kəsb etmədiyini düşünür:
"9 xallıq fərq hələ heç nə demək deyil. Həqiqətən dekabrda komandanın neçə xalının olması vacib deyil. Çünki bütün suallara mövsümün sonunda aydınlıq gələcək".
Klopp "Arsenal" matçdan əvvəl "Tottenhem"in xal itirməsindən xəbərdar olduqlarını söyləyib: "Amma açığı, həmin vaxt daha çox öz oyunumuzu fikirləşirdik. Bizim həmin an şənlik təşkil etdiyimizi düşünürsünüz? Futbolçulardan hansınınsa buna görə paltardəyişmə otağında güldüyünü görmədim. Biz sadəcə, öz oyunumuza köklənməliyik".
Klopp sonda jurnaistlərə də söz atıb: "Əgər 3 xal itirsəydik, siz jurnalistlər o dəqiqə başlıq yazacaqdınız ki "Onlar artıq əsəbləşirlər". Hər birinizin həqiqətən mənim yerimdə olmağını istərdim. Mən isə sizin yerinizdə olardım".
Qeyd edək ki, 54 xalı olan "Liverpul" hazırda 2-ci pillədəki "Tottenhem"i 9, 1 oyun az keçirən və 3-cü sırada qərarlaşan "Mançester Siti"ni isə 10 xal qabaqlayır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı