"Mançester Siti"nin futbolçusu Braziliya millisindən imtina etdi

"Mançester Siti"nin futbolçusu Braziliya millisindən imtina etdi
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 15:30 3670
-  A +

"Mançester Siti"nin futbolçusu Fernandinyo Braziliya millisində oynamaqdan imtina edib.

Qol.az-ın xəbərinəı görə, bunu "El Espanyol"la açıqlamasında yığmanın baş məşqçisi Tite deyib.

O, 33 yaşlı yarımmüdafiəçinin DÇ-2018-dən sonra ailəsinin ünvanına yönəlmiş təhdidlərlə əlaqədar yığmada oynamaq istəmədiyini bildirib: "Fernandinyo milliyə çağırmaq istədiyim birinci futbolçudur. Ancaq onun ailəsi azarkeşlər tərəfindən təhqir və təhdid olunub. O, yaxınlarına da söz verib ki, bir daha yığmaya qayıtmayacaq. Amma ümid edirəm ki, onun son qərarı deyil".

Qeyd edək ki, Fernandinyo dünya çempionatının 1/4 finalında Belçikaya 1:2 hesabı ilə məğlub olduqları matçda avtoqol müəllifi olub.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?