Qazaxıstan klubu Sxadadze ilə bağlı qərar verdi

Qazaxıstan klubu Sxadadze ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 14:45 4247
-  A +

Bakı “İnter”inin (hazırkı “Keşlə”) sabiq baş məşqçisi Kaxaber Sxadadze ötən mövsüm çalışdırdığı Qazaxıstanın “Ordabası” klubundan ayrılmayacaq.

Qol.az-ın “sports.kz” saytına istinadən yaydığı xəbərə görə, Şimkənt təmsilçisi gürcüstanlı mütəxəssislə yola davam edəcəyini açıqlayıb. Artıq 50 yaşlı məşqçi ilə şifahi razılıq əldə olunub.

Qeyd edək ki, bu ilin iyun ayından “Ordabası”nı çalışdıran Kaxaber Sxadadze ölkə çempionatında 4-cü pilləni tutmaqla, komandasına Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazandırıb.

Xatırladaq ki, Sxadadze 2009-2014-cü illərdə “İnter”in baş məşqçisi olub.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner