Remzi "Yuventus"a keçir

Remzi "Yuventus"a keçir
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 12:50 2248
-  A +

"Arsenal"ın futbolçusu Aaron Remzi karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə İtaliyanın nüfuzlu qəzetləri xəbər yayıb.

Bildirilir ki, uelsi yarımmüdafiəçi mövsümün sonunda "Yuventus"a keçməyə qərar verib. Onun yeni klubunda illik qazancının 10 milyon avro olacağı qeyd olunub. Yayda London klubu ilə müqaviləsi başa çatacaq  27 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, "Arsenal" yeni müqavilə üçün Remzi ilə bir neçə dəfə danışıq aparsa da, onu razı sala bilməyib.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?