16 yaşlı futbolçu “Qalatasaray”ın tarixinə düşdü

16 yaşlı futbolçu “Qalatasaray”ın tarixinə düşdü
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 10:55 4049
-  A +

“Qalatasaray”ın futbolçusu Mustafa Kapı Superliqanın 17-ci turunda dünən “Sivasspor”la keçirilən oyunda (4:2) meydana daxil olaraq rekorda imza atıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 16 yaşlı futbolçu  matçın əsas vaxtına artırılmış 5-ci dəqiqədə meydana girərək klub tarixinin Superliqada oyuna çıxan ən gənc futbolçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord hazırda “Başakşehir”də oynayan Əmrə Belözoğluna aid idi. O, 18 yaşında "Qalatasaray"la ilk Superliqa matçına çıxıb.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?