Bundesliqada birinci dövrəyə yekun vuruldu

Bundesliqada birinci dövrəyə yekun vuruldu
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 00:06 1570
-  A +

Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, bununla da çempionatda birinnci dövrə başa çatıb. Turun son oyun günündə 2 qarşılaşma keçirilib. "Volfsburq" səfərdə "Auqsburq"u 3:2 hesabı ilə məğlub edib. Qonaqlara qələbə gətirən qolları 33-cü dəqiqədə Cozua Qilavoqi, 41-də Villiam və 89-da Yannik Gerhart vurublar. Meydan sahiblərindən isə Rani Kedira (49) və Serci Kordova (59) fərqləniblər.

Turun son oyununda isə "Hoffenhaym" və "Maynts" klubları üz-üzə gəliblər. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.

Qeyd edək ki, ilk dövrədən sonra turnir cədvəlinə 42 xalla "Borussiya" başçılıq edir. Dortmund təmilçisindən 6 xal az toplayan "Bavariya" 2-cidir. İlk 3-lüyü 33 xalla Münhenqladbax "Borussiya"sı tamamlayır.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?