"Tottenhem" 3 xalı 6 qolla qazandı

"Tottenhem" 3 xalı 6 qolla qazandı
DÜNYA FUTBOLU 23 Dekabr 2018 / 21:46 2528
-  A +

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 1 qarşılaşma keçirilib. Yuxarı pillələr uğrunda mübarizə aparan "Tottenhem" səfərdə "Everton"un qonağı olub. Görüş qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran London klubu 3-cü sıradakı mövqeyini möhkəmləndirib.

Turnir cədvəlinə 48 xalla "Liverpul" başçılıq edir. 44 xalı olan "Mançester Siti" isə 2-cidir.


İngiltərə Premyer Liqası, 18-ci tur

23 dekabr

"Everton" - "Tottenhem" - 2:6
Qollar:
Teo Uolkott, 21 (1:0), Son Xin Min, 27 (1:1), Dele Alli, 32 (1:2), Harri Keyn, 42 (1:3), Kristian Eriksen, 48 (1:4), Qilfi Siqurdsson, 51 (2:4), Son Xin Min, 61 (2:5), Harri Keyn, 74 (2:6)

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?