"Bayer"də baş məşqçi dəyişikliyi

"Bayer"də baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 23 Dekabr 2018 / 15:00 2785
-  A +

Almaniyanın “Bayer” klubu baş məşqçisi Heyko Herliklə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Artıq komandanın yeni baş məşqçinin adı da açıqlanıb. Leverkuzen təmsilçisini Peter Boş çalışdıracaq. 55 yaşlı məşqçi ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. Hollandiyalı mütəxəssis son olaraq Dortmund “Borussiya”sında işləyib.

Qeyd edək ki, "Bayer" Bundesliqada 17 turdan sonra 24 xalla 9-cu pillədə qərarlaşıb. 

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?