"Qorxunc vəziyyətdəyik” - Falkao

"Qorxunc vəziyyətdəyik” -  Falkao
DÜNYA FUTBOLU 23 Dekabr 2018 / 12:58 3046
-  A +

“Bizim üçün çox pis nəticədir. Qorxunc vəziyyətdəyik”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Monako”nun futbolçusu Radamel Falkao Fransa Liqasının son turunda evdə autsayder “Genqam”a uduzduqları oyundan (0:2) sonra deyib.

Kolumbiyalı hücumçu yeni transferlərə ehtiyac olduğunu bildirib: “Daha çox çalışmalıyıq. Aşağı yaş qruplarından bir neçə futbolçu ilə oynayırıq. Qış transfer pəncərəsi dövründə mütləq transferlər etməliyik”.

Qeyd edək ki, “Monako” 18 turdan sonra 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?