"Spartak" Aleksandr Səmədovu göndərir

"Spartak" Aleksandr Səmədovu göndərir
DÜNYA FUTBOLU 22 Dekabr 2018 / 15:20 3567
-  A +

"Spartak" qış fasiləsində 6 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Qol.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva klubunun göndərmək istədiyi oyunçular arasında Aleksandr Səmədov da var. Azərbaycan əsilli rusiyalı yarımmüdafiəçinin komandanın baş məşqçisi Oleq Kononovun planlarına daxil olmadığı bildirilib.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Səmədov müxtəlif illərdə Moskvanın "Lokomotiv", "Dinamo" kimi klublarının formasını geyinib. Rusiya millisində 53 oyun keçirən yarımmüdafiəçi 7 qol vurub. 34 yaşlı futbolçu DÇ-2018-dən sonra milli karyerasını bitirib.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?