Premyer Liqada yeni bombardir

Premyer Liqada yeni bombardir
DÜNYA FUTBOLU 22 Dekabr 2018 / 00:30 5143
-  A +

İngiltərə Premyer Liqasında bombardirlər siyahısında dəyişiklik olub.

Qol.az xəbər verir ki, hazırda 18-ci turda keçirilən “Vulverhempton” – “Liverpul” oyununda hesabı açan qonaqların futbolçusu Məhəmməd Salah bu mövsüm vurduğu qolların sayını 11-ə çatdırıb.

Bununla da, misirli hücumçu bombardirlər yarışında ilk pilləyə yüksəlib. O, “Arsenal”ın qabonlu yarımmüdafiəçisi Pyer-Emerik Obameyanqı (10 qol) qabaqlayıb.

Qeyd edək ki, Salah ötən mövsüm 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olmuşdu.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner