Amil Yunanovdan 40-cı qol

Amil Yunanovdan 40-cı qol
DÜNYA FUTBOLU 21 Dekabr 2018 / 16:15 1964
-  A +

“Keşlə”nin futbolçusu Amil Yunanov karyerasında 40-cı qolunu vurub.

Qol.az-ın  PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley qolu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa (1:1) təsadüf edib. Amil bu qollardan 33-nü Premyer Liqa, 7-ni Azərbaycan kubokunda vurub.

Qol hesabını 2011/12 mövsümündə “Qəbələ”də çıxış etdiyi vaxt açan Yunanov “Sumqayıt”da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb. “Keşlə”də 5-ci qolunu vuran hücumçu 4 dəfə Premyer Liqada fərqlənmişdisə, yeni klubunda ilk kubok qoluna sevinib.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?