"Yuventus" Mandzukiçlə müqaviləni uzadır

"Yuventus" Mandzukiçlə müqaviləni uzadır
DÜNYA FUTBOLU 21 Dekabr 2018 / 16:00 1377
-  A +

"Yuventus" qışda Mario Mandzukiçlə yeni müqavilə imzalayacaq.

Qol.az-ın məlumatına görə, bu barədə "Tuttosport" nəşri xəbər yayıb.

Xorvatiyalı hücumçu sözləşməsini 2022-ci ilə qədər uzatmaq istəyir. "Yuventus" isə 32 yaşlı futbolçu ilə 2021-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Mandzukiç 2015-ci ildə "Atletiko"dan Turin klubuna keçib. O, indiyədək "Yuventus"da meydana çıxdığı 147 oyunda 42 qol vurub

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?