DÇ-2018-i dünya əhalisinin yarısından çoxu izləyib - rekord

DÇ-2018-i dünya əhalisinin yarısından çoxu izləyib -  rekord
DÜNYA FUTBOLU 21 Dekabr 2018 / 15:34 2298
-  A +

Yayda Rusiyada keçirilən dünya çempionatını dünya əhalisinin yarısından çoxu izləyib.

Qol.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Dünyanın bütün ölkələrində yayımlanan mundialın oyunlarına 3,572 milyard tamaşaçı ekran qarşısından baxıb. 3,04 milyard insan dünya çempionatının bütün matçlarını ən azı 3 dəqiqə izləyib ki, bu da rekord göstəricidir.

Fransa və Xorvatiya arasında keçirilən final matçını isə 1.12 milyard insan seyr edib.

Xatırladaq ki, finalda 4:2 hesabı ilə qalib gələn Fransa dünya çempionatının qalibi olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner