Yunanıstanda futbol dayandı

Yunanıstanda futbol dayandı
DÜNYA FUTBOLU 21 Dekabr 2018 / 13:50 4261
-  A +

Yunanıstan Superliqasında bu həftə keçirilməli olan 15-ci turun oyunları təxirə salınıb.

Qol.az-ın Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, səbəb FIFA referisi Thanasis Tzilosun evinin qarşısında naməlum şəxslər tərəfindən döyülməsidir.

Dörd maskalı şəxs hakimə hücum edərək ona zərbələr endiriblər. Daha sonra onlar hadisə yerindən qaçıblar. Başından və ayağından xəsarət alan Tzilos xəstəxanaya yerləşdirilib.

Təxirə salının oyunların qış fasiləsindən sonra keçiriləcəyi bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner