Emeri Özili niyə oynatmır?

Emeri Özili niyə oynatmır?
DÜNYA FUTBOLU 20 Dekabr 2018 / 17:58 4444
-  A +

"Arsenal"ın baş məşqçisi Unay Emerinin futbolçusu Məsut Özili niyə oynatmadığının səbəbi müəyyənləşib.

Qol.az-ın "İndependent"ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssisin hər futbolçudan qaçıb pressinq etməyini, ancaq türkəsilli alman yarımmüdafiəçinin buna qarşı çıxdığı bildirilib. Məhz bu səbəbdən Emerinin Məsutu oynatmadığı iddia olunub.

"Arsenal"ın  baş  məşqçisi jurnalistlərə açıqlamasında oyunçunun onu dinləmədiyini təsdiqləyib: "Hər oyunçu baş məşqçinin istəklərini yerinə yetirir. Məsut Özildən başqa".

Britaniya mətbuatı baş verənlərdən sonra U.Emerinin Məsutun satılmasını istədiyini yazıb. Ancaq Özilin London təmsilçisindən ayrılmağa müsbət baxmadığı bildirilib.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?