Beyldən het-trik, "Real" finalda - Video

Beyldən het-trik, "Real" finalda -  Video
DÜNYA FUTBOLU 20 Dekabr 2018 / 00:01 4346
-  A +

Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə,  Avropa və Asiyada Çempionlar Liqasının qaliblərinin duelində “Real” qalib gəlib.

Yaponiyanın  “Kaşima” klubu ilə oyunda Qaret Beyl het-trik edib. Asiya təmsilçisi isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 3:1.

19 dekabr

“Kaşima” (Yaponiya) – “Real” (İspaniya) – 1:3
Qollar:
 Beyl, 44 (0:1), 53 (0:2), 55 (0:3), Dol, 78 (1:3)

Qeyd edək ki, Madrid klubu dekabrın 22-də finalda BƏƏ çempionu “Əl-Əyn”lə üz-üzə gələcək.  Yaponiyalılar isə 3-cü yer uğrunda matçda Argentina “River Pleyt”i ilə qarşılaşacaq.



Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?