Mərc həvəskarlarının səbrsizliklə gözlədiyi həftəsonu yetişdi. Şənbə-bazar dünyanın demək olar ki, hər yerində çempionat matçları keçirildiyindən proqnozsevərlərin seçim imkanı geniş olur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da öz müştərilərinə bu gün rəngarəng proqram təklif edir: tam 374 matç!!! Bunlardan 27 qarşılaşmaya "təkli" mərc etmək mümkündür. Canlı mərcə çıxarılacaq oyunların sayı isə 100-dən artıqdir. "Təkli" oyunlar arasında daha çox maraq doğuran görüşləri və əmsalları diqqətinizə çatdırırıq.
15:30. "Çelsi"-"Mançester Yunayted" (kod 282 )
Premyer liqada mövsümün oyunlarından biri. 8 turun heç birində uduzmayan "Çelsi" qeyri-sabit qrafik cızaraq 8-ci pillədə qərarlaşan "Mançester Yunayted"ə qarşı. "Qırmızı şeytanlar" "Stemford Bric"də sonuncu qələbəni düz 6 il əvvəl - 2012-nin 28 oktyabrında qazanıb. Ondan sonra bu stadiona bütün səfərlər mançesterlilər üçün bir heç-heçə istisna olmaqla məğlubiyyətlə bitib. Ümumiyyətlə, bu tərəflərin 182-ci dueli olacaq. Statistikada "Mançester Yunayted" üstünlüyü var. 53 məğlubiyyətə qarşı, 74 qələbə. Topların fərqi 283-220. Amma hazırda tərəflərin mövcud durumu "Çelsi"yə favorit statusu verir. Bunu "Topaz"ın əmsallarından da görmək olar: "Çelsi"nin qələbəsi 1.65, heç-heçə 3.60, "Mançester Yunayted"in qələbəsi 4.45. "Yunayted" hər nə qədər qeyri-sabit oynasa da, matçın "Çelsi" üçün asan keçməyəcəyi şübhə doğurmur. Üstəlik Joze Mourinyo amilini də nəzərə almaq lazımdır. Don Jozenin vaxtilə baş məşqçi kimi böyük uğurlar qazandırdığı "Çelsi"yə qarşı hansı oyunu ortaya qoyacağı maraqla gözlənilir.
20:30. "Şalke" - "Verder" (kod 539)
7 turda cəmi 2 qələbə qazanıb, 5-də uduzan "Şalke"nin vəziyyəti qeyri-sabit olaraq qalır. Üstəlik komandanın lazareti zədəlilərlə doludur. Nə az, nə çox - düz 12 futbolçunun "Verder"ə qarşı oynayacağı sual altındadır. 7 turda cəmi bir dəfə uduzan bremenlilər isə ilk "üçlüy"ə daxil olmaq iddiasındadır. Tərəflər arasında indiyədək baş tutatn 104 görüşün 41-də "Şalke", 42-də isə "Verder" qələbə qazanıb. Aralarındakı son 6 matç "üst" bitib. Bu günkü qarşılaşma üçün "Topaz"ın təklif etdiyi əmsallar: "Şalke"nin qələbəsi 1.90, heç-heçə 3.10, "Verder"in qələbəsi 3.30.
22:45. "Barselona"-"Sevilya" (kod 695)
La Liqanın liderləri "Nou Kamp"da üz-üzə gələcək. Son 2 il yarımda ilk dəfə "Barsa" primeroda ardıcıl 4 turdur qələbə qazana bilmir. Elə bunun nəticəsidir ki,
"Sevilya" 1 xal çox toplamaqla liderlik kürsüsünü ələ keçirib. "Barselona" ardıcıl uğursuzluqları bu axşam "Sevilya" üzərində qələbə qazanıb zirvəyə yüksəlməklə unutdura bilər. Tərəflərin duelləri adətən məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, son 7 qarşılaşmanın hamısı "üst" nəticələnib. "Topaz"ın axşamkı duelə təklif etdiyi əmsallar: "Barselona"nın qələbəsi 1.25, heç-heçə 5, "Sevilya"nın qələbəsi 6.30.
Bunlardan başqa, "Topaz" müştəriləri bu gün "Volfsburq"-"Bavariya", "Udineze"-"Napoli", "Vilyareal"-"Atletiko Madrid", "Sivasspor"-"Fənərbaxça", "Ştutqart"-"Borussiya Dortmund" kimi görüşlərə də "təkli" mərc edə bilər.
Təklif bizdən, qazanmaq sizdən.
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu