"Çempionlar Liqasında qazandığım 4 titulu dünya kubokuna dəyişərdim".
Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib. Dünya çempionatının finalında Fransa ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayan yarımmüdafiəçi iddialı danışıb:
"Finalda nəyin necə olacağının heç bir önəmi yoxdur. Bu Xorvatiya idmanı üçün böyük uğurdur. Amma çempion olmağı da istəməliyik. Özümüzə tam inanırıq, çempionluğu hədəfləyən komanda üçün lazım olan xarakter və digər şeylər bizdə var".
Çoxları iddia edir ki, bu il "Qızıl top"u Modriç qazanmalıdır. Bu fikirlərə də münasibət bildirən yarımmüdafiəçi şəxsi uğurdan daha çox, Xorvatiyanın finalda qalib olmasını istəyir:
"Hamı məndən "Qızıl top" haqda soruşur. Amma məni bu, narahat etmir. Biz dünya kubokunu qazanmalıyıq. Əgər son addımı ata bilməsək... Bunu mütləq bacarmalıyıq. Dünya çempionatına fikrimiz kifayət qədər ciddi idi. Bu, ucuz reklam deyildi. İlk hədəfimiz qrupdan çıxmaq idi. Komandada heç olmadığı qədər özünəinam hiss edirdim. Düşünürəm ki, biz finala qədər şans hesabına gəlməmişik".
Qeyd edək ki, Fransa və Xorvatiya arasında final oyunu iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək. Matç Moskvadakı "Lujniki" stadionunda oynanılacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı