"Yuventus" 2 futbolçusu ilə müqavilə yenilədi - rəsmi
"Yuventus" 2 aparıcı futbolçusu ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi müdafiəçilər Andrea Bardzalyi və Corco Kyellini ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, Bardzalyi 2019, Kyellini isə 2020-ci ilə kimi "Yuventus"da çıxış edəcək.
Qeyd edək ki, Barzalyinin 37, Kyellinin isə 33 yaşı var.