“Marselonun epizodunu görmədim, uzaq idim. Hamı deyir ki, penalti var idi. Ancaq uğursuzluğa görə kimisə günahlandırmaq lazım deyil".
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Bavariya"da icarə əsasında çıxış edən Xames Rodriqes Çempionlar Liqasının yarımfinalında "Real"la cavab oyunundan (2:2) sonra deyib.
Müqavilə ilə Madrid klubuna məxsus olan kolumbiyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib: "Amma bu dəfə alınmadı. “Real” finala çıxdı, deməli, onlar hər şeyi düzgün etdilər.
O, komandanın qapıçısı Ulrayxın kobud səhv etdiyi epizod haqda da danışıb: "Onu günahlandıra bilmərik. Hər iki oyunda səhvlər buraxdıq. Ancaq futbolda bəzi şeylər var ki, onları əvvəldən bilmək olmur".
"Bavariya"nın ikinci qolunun müəllifi olan Xames daha sonra söyləyib: "Qolu qeyd etmədim, çünki bir neçə ilimi “Real”da keçirmişəm və orada xoşbəxt idim. Məni alqışladıqlarına görə məmnunam. Belə çıxır ki, “Real”da yaxşı işlər görmüşəm. Bütün azarkeşlərə təşəkkür edirəm”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi