"Motivasiya baxımından "Barselona" ilə oyundan sonra heç bir şey dəyişməyib. Biz həqiqətən böyük iş görüb ciddi uğur qazanmaq niyyətindəyik".
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının "Liverpul"la sabah keçiriləcək cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis ilk oyundakı məğlubiyyətə baxmayaraq, təslim olmayacaqlarını söyləyib:
"Liverpul" çox təhlükəlidir. Onlara meydanda boşluq versəniz, sizi yaralaya bilərlər. Bir məqama aydınlıq gətirmək istəyirəm. Siz həqiqətən düşünürsünüz ki, Çempionlar Liqasının yarımfinalında 70 min azarkeşin önündə komanda vaxtından əvvəl silahı yerə qoyacaq? Xeyr, biz komanda şəklində ən son anadək mübarizə aparacağıq. Mümkün olanı etmək üçün coşğu və komanda ruhunu görmək istəyirəm".
Bundan əvvəlki mərhələdə "Barselona"nı mübarizədən kənarlaşdıran "Roma"nın çalışdırıcısı növbəti möcüzənin gerçəkləşə biləcəyinə də inanır: "Qol vurmaq istəyiriksə, irəli getmək lazımdır. Riskli olacaq, bunu da hər an beynimizin bir küncündə saxlayacağıq. İlk oyunun sonlarında 2 qol vurmaqla, az da olsa ümidlərimizi cavab matçına saxladıq. Həmin səhvləri yenidən təkrarlamamalıyıq. Düşünürəm ki, hər birimiz İngiltərədəki oyunda nələrinsə yolunda getmədiyini dərk edirik. "Liverpul" uzun paslarla oynayanda Məhəmməd Salah qarşısıalınmaz olur. Ancaq biz onun üstünə 3 oyunçu ilə gedə bilmərik. Təkcə rəqibi düzgün qiymətləndirmək yox, özümüz haqda da düşünməliyik. Özümüzə inanmalıyıq. Bu azarkeşlərlə, bu inamla daha bir möcüzə gerçəkləşdirə bilərik. Sevinirəm ki, Çempionlar Liqasında bu qədər yol qət etmişik. Dayanmaq istəmirəm. Əsas hədəfimiz Kiyevə getmək olmalıdır".
Di Françesko cavab matçında komandanın əsas qol silahı Edin Cekonun həlledici rol oynayacağını bildirib: "Bu oyuna da digərləri kimi yanaşıram. Fikirlərimi komandaya çatdırdım. Onları qarşıya qoyulan vəzifənin mümkünlüyünə inandırmağa çalışıram. Futbolçular üzərlərinə məsuliyyət götürməlidirlər, xüsusilə də Edin Ceko. Çünki o, komandanın aparıcı oyunçularından biridir. Ümid edirəm ki, o, Salah ilk görüşdə oynadığı kimi çıxış edəcək və qarşılaşmanın taleyini müəyyənləşdirəcək".
Qeyd edək ki, "Roma" - "Liverpul" oyunu sabah Bakı vaxtı ilə 22:45-də keçiriləcək. İlk görüşdə italyanlar 2:5 hesabı ilə uduzmuşdular.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev