Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, keçirilən iki oyunla yarımfinalın iki iştirakçısı müəyyənləşib.
“Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, "Roma" inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.
Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası cavab matçına erkən qolla başlasa da, "Liverpul" ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.
10 aprel
"Roma" - "Barselona" - 3:0
Qollar: Edin Ceko, 6, De Rossi, 58-pen, Manolas, 83
İlk oyun - 1:4
Baş hakim: Kleman Türpen (Fransa)
"Mançester Siti" - "Liverpul" - 1:2
Qollar: Qabriel Jesus, 3 (1:0), Məhəmməd Salah, 56 (1:1), Firmino, 77 (1:2)
İlk oyun - 0:3
Baş hakim: Antonio Mateo Lahoz (İspaniya)
11 aprel
22:45."Real" – "Yuventus"
İlk oyun - 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə)
22:45. "Bavariya" - "Sevilya"
İlk oyun - 2:1
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi