"Barselona"dan qorxmamalıyıq" - Di Françesko

"Barselona"dan qorxmamalıyıq" - Di Françesko
DÜNYA FUTBOLU 29 Mart 2018 / 11:19 3576
-  A +

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, matçla bağlı bildirib: "Messini dayandırmaq ? Mən bir oyunçu haqda düşünmürəm. Biz bütün "Barselona"nın dayandırmalıyıq. Əlbəttə, Messiyə xüsusi diqqət etməliyik. Rəqibə hörmətlə yanaşmalıyıq, ancaq onlardan qorxmamalyıq".

Qeyd edək ki, "Barselona" - "Roma" görüşü aprelin 4-ü keçiriləcək.


Son xəbərlər