“Neftçi”nin ispaniyalı hücumçusu Daniel Seqovia Qol.az saytınını suallarını cavablandırıb. 32 yaşlı futbolçu komandanın hazırkı çıxışından ehtiyatda qalmasına kimi bir çox məqamlara toxunub.
- Tərlan Əhmədovun gəlişindən sonrakı “Neftçi”nin çıxışını necə dəyərləndirirsən?
- Şadam ki, nəhayət, qələbələr qazanmağa başlamışıq. Komandada əla atmosfer yaranıb. Psixoloji baryeri aşmışıq.
- Bəs Elxan Abdullayevin vaxtında komanda niyə bərbad çıxış edirdi? Problem nədə idi?
- Bilirsiniz, bu futboldur, elm deyil. Burda uğur da sənin yanında olmalıdı. Şükür ki, artıq yaxşı oynayırıq və uğur qazanırıq.
- Elxan müəllimin vaxtında daha çox start heyətdə meydana çıxırdın. İndi isə əsasən ehtiyat oyunçular skamyasında oturursan. Səncə, hazırkı baş məşqçi niyə sənə az şans verir?
- Mən şans qazanmaq üçün məşqlərdə əlimdən gələni edirəm. Hamımız, o cümlədən, Tərlan Əhmədov da istəyir ki, komandamız uğurlu çıxış etsin. Lazım bildiyi məqamda mənə də şans verəcək. Və mən həmin fürsətdən istifadə etmək üçün bacardığımı edəcəm.
- “Neftçi” ilə müqavilən nə vaxt başa çatır?
- Gələn ilin mayında.
- O vaxta kimi komandada qalmağı fikirləşirsən?
- Əlbəttə. Niyə də qalmayım?!
- Avstriyada kifayət qədər məhsuldar hücumçu kimi tanınmısan. Hətta avrokuboklarda keçirdiyin 4 oyunda 4 qol vurmağı bacarmısan. O cümlədən “PSV Eyndhoven” kimi dünyaşöhrətli klubu məyus etmisən. Bu il "Neftçi"də 5 qol vursan da, yeni mövsümdə qol hesabını aça bilməmisən. Səbəblərdən biri Avropadakı futbol mühiti deyil ki?
- Mən peşəkaram. Harda oynamağımdan asılı olmayaraq komandama fayda verməliyəm. "Neftçi"nin çox yaxşı azarkeşləri var. Səfər oyunlarında da bizi tək buraxmırlar. Amma ev oyunları daha möhtəşəm olur. Qələbələrimizdə onların da böyük rolu var.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsız. Həmin oyun haqda nə deyə bilərsən?
- "Sumqayıt" ciddi rəqibdi. Amma komandamız öz oyununu tapıb. Kifayət qədər məzmunlu və hücumameyli futbol sərgiləyirik. Belədə hücumçuların da işi asanlaşır, özünü göstərmək daha rahat olur. Baş məşqçimiz şans versə onun etimadını doğrultmaq və "Neftçi"nin qələbə seriyasını davam etdirməsi üçün əlimdən gələni edəcəm.
Elnur SALAHOV
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı