“Azərbaycan millisində Şimali İrlandiyaya qarşı oyunla debüt etdim. Başqa yığmada oynasam da, özümü rahat hiss edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin və “Qarabağ”ın futbolçusu Riçard Almeyda Braziliya mətbuatına deyib.
Braziliyalı yarımmüdafiəçi bildirib ki, millimizdə oynamaqdan məmnundur: “Mənə, həm “Qarabağ”da, həm də millidə kifayət qədər yaxşı hörmət var. Maliyyə baxımından da burada xoşbəxtəm. Amma xoşbəxtliyim təkcə pula görə deyil. Ailəm və yaxınlarım üçün da Bakıda yaşamaq çətin deyil. Buranın insanları təvəzökardır və xarici vətəndaşlara daim kömək etməyə hazırdırlar”.
R. Almeyda komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyununda Almaniyaya 1:5 hesablı uduzduqları matç barədə də danışıb: “Almaniya dünya çempionatının yarımfinalında Braziliyanı 7:1 hesabı ilə udmuşdu. Həmin vaxt hamı onu yuxu sayırdı, amma gerçək idi. Almaniya ilə oyundan sonra komanda yoldaşlarıma biz 5-ni buraxdıq, Braziliya 7 qol buraxmışdı dedim. “Qarabağ”la isə “Çelsi” kimi böyük komandaya qarşı oynamaq imkanım var. Bu xəyallardır və gerçəkləşir. Çempionlar Liqasında çıxış etmək başqa hisdir”.
R.Almeyda onu da qeyd edib ki, ingilis dilini bilmədiyim üçün Azərbaycanda əvvəl problemlərlə üzləşib: "Tərcüməçim də olmadığı üçün “google translate”dən istifadə edirdim. Lakin uyğunlaşma dövrü sürətlə keçdi və özümü indi əla hiss edirəm. Futbolunsa dili yoxdur. Meydana çıxıb oynamalısan. Burda ən böyük problemim ətlə bağlıdır. Ən çox istifadə edilən qoyun əti yeməkdən bezmişəm”.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı