Bultuis “Qəbələ”də məşqlərə başladı

Bultuis “Qəbələ”də məşqlərə başladı
GÜNDƏM 8 İyul 2017 / 00:00 3853
-  A +

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” gündə iki dəfə məşq keçir.

Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıb. Ruslan Qurbanovla Dion Malone isə fərqi məşqlə kifayətlənib.

“Qəbələ” sabah təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada Roman Qriqorçukun komandası Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər