Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakı “İnter”inə (0:2) uduzaraq, mübarizəni dayandıran Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:
- "İnter"i növbəti mərhələ münasibəti ilə təbrik edirəm. Təşkilatçılığa və bizə yaradılan şəraitə görə çox sağ olun. Oyuna gəlincə, ilk matçın təkrarını izlədik. Topa daha çox sahib olduq. Yenə ilk qolu standart vəziyyətdən sonra buraxdıq. Çempionat oyunlarında heç vaxt 3:0 uduzmamışdıq. Oyunumuzda intizamsızlıq var idi. Denis Silvanın standart vəziyyətlər zamanı cərimə meydançasında təhlükəli olduğunu bilirdik, amma oyunçularımız onu diqqətdən qaçırdılar. İki xoşagəlməyən hadisə oldu. Bir oyunçumuz zədə aldı. Digəri isə səfeh bir hərəkətə görə qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. İkinci hissədə qol vəziyyətləri yaratmağa çalışdıq. Ancaq bunlardan istifadə edə bilmədik. Sonradan rəqib bizi azlıqda yaxaladı. Nizami Hacıyevin qolu bütün şanslarımızı öldürdü. Avrokuboklarda debütümüz idi, amma təəssüf ki qol vura bilmədik. "İnter"in 2 oyuna 5 qol vurması göstərdi ki, onlar daha təcrübəlidilər.
- "İnter" tarixinin ən pis dönəmində komandanıza 5 qol vurdu. Bu vəziyyətini necə şərh edə bilərsiniz?
- Bir az məlumatım var. Maliyyə məsələlərinin qaydasında olmadığını bilirəm. Futbol oynamaq həvəsi, vətənpərvərlik hissləri həlledici oldu.
- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Buna qiymət vermək istəmirəm. Əgər iki oyuna 5 qol buraxmışıqsa, hakimliyi ümumiyyətlə müzakirə etməyə dəyməz.
- "İnter"lə düşməzdən öncə və bu komandaya məğlubiyyətdən sonra Azərbaycan futbolu ilə bağlı düşüncələrinizdə hansı dəyişikliklər oldu?
- Əvvəllər də Azərbaycan futbolu barədə xəbərim var idi. Bilirdik ki, ölkədə futbola kifayət qədər maliyyə ayrılıb. "Neftçi", "Qəbələ", "Qarabağ", "İnter"i tanıyırdıq. Bu klubları Serbiyada tanıyırlar.
Mənbə: sport24.az
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu