"Araz"ın UEFA kubokunda rəqibləri müəyyənləşdi

"Araz"ın UEFA kubokunda rəqibləri müəyyənləşdi
GÜNDƏM 6 İyul 2017 / 17:51 2770
-  A +

Bu gün  futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib.

Qol.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibi bəlli olub.

Naxçıvan təmsilçisi “Deva” (Rumıniya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.

Təsnifat mərhələsində E qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda isə “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Wrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər Ermənistan klubu F qrupunu qalib kimi başa vursa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq, həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq.
 
Qeyd edək ki, təsnifat mərhələsinin oyunları avqustun 22-27-də, əsas raundun görüşləri oktyabrın 10-15-də keçiriləcək.

Daha çox


Son xəbərlər