“Zirə” PSJ səviyyəsində rəqib deyil” - "Differdanj"ın baş məşqçisi

“Zirə” PSJ səviyyəsində rəqib deyil” -  "Differdanj"ın baş məşqçisi
GÜNDƏM 6 İyul 2017 / 11:45 4644
-  A +

“Biz “Barselona” deyilik. Ancaq “Zirə” də PSJ səviyyəsində rəqib deyil. Buna görə də kimin mərhələ keçəcəyini indidən demək olmaz”.

Qol.az-ın məlumatına görə, bu sözləri Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqa deyib.

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” ilə keçiriləcək cavab oyunu üçün təşkil olunan mətbuat konfransında bu günkü qarşılaşma haqda fikirlərini bildirib. Karzaniqa evdə daha güclü olduqlarını vurğulayıb: “Səfərdə 0:2 hesabı ilə uduzsaq da, vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Düzdür, bunu etmək asan deyil, ancaq biz “Differdanj”ıq. Evdə daha güclü oluruq.

İlk oyunda rəqib haqda elə də məlumatımız yox idi. Bakıdakı görüşdə onların hücumda yaxşı oynadıqlarını gördük. Xüsusilə Kervens Belfort, Qabriel Manqa və Riçard Qadze çox yaxşı futbolçulardır, çox sürətlidirlər. Bununla belə, bu komandaya iki qol vurmaq gücündəyik. Hücumda məhsuldar, müdafiədə etibarlı oynamalıyıq”.

Xatırladaq ki, bu gün Lüksemburqda keçiriləcək “Differdanj” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər