Futbolçularımız dopinq nəzarətində

Futbolçularımız dopinq nəzarətində
GÜNDƏM 5 İyul 2017 / 15:44 2296
-  A +

Bu gün AFFA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşılıqlı Anlaşma haqqında Memorandum imzalanıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, tədbir assosiasiyanın inzibati binasında təşkil olunub.
 
AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Daha çox


Son xəbərlər