"İlk dəfə idi ki, “Zirə” avrokuboklarda oyuna çıxırdı. Özünüz də gördünüz ki, çətin oldu. Bu da təcrübəsizlikdən irəli gəlir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin yeni transferi Rəşad Sadiqov Avropa Liqasının birinci təsnifat mərhələsində "Differdanj"a (Lüksemburq) 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Siz meydana daxil olandan sonra “Zirə”nin oyun nizam-intizami müsbət mənada dəyişdi...
- Yenə deyirəm ki, bu, təcrübəizlikdən irəli gəlir. Komanda şəklində ümumi hesablasaq, heç 3 oyun keçirməmişik. Təcrübəli futbolçu meydanda olanda oyunu nizama salır, öz təcrübəsi ilə komanda yoldaşlarına kömək olur.
- Rəqib gözlənilən kimi idi?
- Məncə, təhlükəli rəqibdir. Sürətli oyunçuları var. Açığı, onların oyunun görməmişdik. 2-3 yeni futbolçuları var. Sağ cinah hücumçuları da çox təhlükə yaradırdı.
- Şansları necə dəyərləndirirsiniz?
- Şans yaxşıdır. Burdakı oyunumu Lüksemburqda da nümayiş etdirməliyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Kimisə saymasan, həmin an “yanacaqsan”.
- Qələbəyə baxmayaraq, komandada anlaşılmazlıq var idi...
- 3-4 futbolçudan başqa, əsas heyət dəyişilib. Sağ cinah müdafiəçisi 5 gündür ki, bizimlədir. Digər yeni transferlər isə 15 gün. Bu da istər-istəməz olmalıdır. Amma yenə deməzdim ki, pis oynadıq. Qol şanslarımız da oldu.
- Artıq II mərhələdəki “Astra” haqda düşünmək olar?
- “Differdanj” təhlükəli rəqibdir. Ötən il “Qarabağ” Lüksemburq çempionu – “Düdelanj”ı Bakıda 2:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 0:1 hesabı ilə geri düşəndə isə hamı həyəcanlanmışdı. Rəqib təhlükəlidir. Bu səddi keçməmiş “Astra” haqda düşünmək olmaz.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu