“Nəticə bizdə özünəinam yaradır. Komandamın hazırkı durumundan məmnun qaldım. Yüksək səviyyədə oyun oldu, futbolçularım yaxşı mübarizə apardılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda sonra Bolqarıstan mətbuatına deyib.
"Avstriyada ilk yoxlama görüşümüz idi. Fiziki cəhətdən hələ ideal vəziyyətdə deyilik. Həm birinci hissədə, həm də fasilədən sonra çatışmazlıqlar var idi. Bu, topa sahib olmada özünü daha çox büruzə verirdi. Amma qarşıda hələ 5 yoxlama matçımız var. Bunlar bizə oyun səviyyəmizi yüksəltmək baxımından kömək edə bilər".
G.Dermenciyev oyun zamanı “Qəbələ” futbolçuları ilə mübahisə edən hücumçusu Conatan Kafu haqda da danışıb. 62 yaşlı mütəxəssis bildirib ki, baş hakim futbolçusuna qarşı edilən kobudluqlara göz yumub: “Oyun zamanı Kafuya qarşı iki dəfə kobudluq edildi. Həmin vəziyyətlərin birində o, zədə aldı. Bu, ciddi problemdir. Hakim iki dəfə ona qarşı kobudluğa görə cərimə zərbəsi təyin etməli idi”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı