Cavid Hüseynov zədələndi - Bakıya qayıdır

Cavid Hüseynov zədələndi -  Bakıya qayıdır
GÜNDƏM 20 İyun 2017 / 22:20 3620
-  A +

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ”nin kapitanı Cavid Hüseynov zədələnib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Millimizin üzvü komandanın Avstriya toplanışında xəsarət alıb. Onun durumu ciddi olmasa da, bir həftəlik istirahətə ehtiyacı var.

29 yaşlı yarımmüdafiəçi bu gün Bakıya qayıdacaq. Bir həftədən sonra isə yenidən komandaya qoşulacaq. Bu isə o deməkdir ki, Hüseynov  iyunun 22-də “Ludoqorets”lə (Bolqarıstan) keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək. Cavid Avroliqanın oyununa qədər tam hazır olacaq.

Daha çox


Son xəbərlər