“Qarabağ” təkcə Azərbaycanı deyil, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdur”
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəsini təmsil edən “Samtredi”anın “Qarabağ”la keçirəcəyi oyunlarla bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın “futbolpress.az”a istinadən yaydığı xəbərə görə, səfir bununla bağlı sualları cavablandırıb.
- Püşkatmanın nəticəsindən xəbərdarsız? ÇL-də "Qarabağ" "Samtredia" ilə düşdü.
- Bəli, xəbərdarıq. Hər iki tərəf üçün gözəl xəbərdir. Mən bunu idman baxımından demirəm təbii ki (gülür). Ölkələrimiz arasında idmanda ədalətli rəqabətə isə söz ola bilməz.
- Son illər püşk Gürcüstan və Azərbaycan klublarını rəqib çıxarmağı sevir...
- Püşk ən doğrusunu edib (gülür). "Samtredia" Gürcüstanın ənənəsi olan klublarındandır. Mükafat baxımdan muzeyi elə zəngin olmasa da, həmişə istedadlı futbolçular yetişdirib. "Qarabağ" isə bölgənin ən sevimli klubudur. Artıq neçə ildir ki, Azərbaycanı, mən deyərdim, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdur. "Samtredia" üçün çətin olacaq. Ən xoşuma gələn isə komandanın Qafqaz texnikasına xas futboludur.
- Bakıdakı oyuna stadiondan baxmaq imkanınız olacaq?
- Buna çalışacağıq. Bu, futbol bayramıdır.
- "Hansı komandaya azarkeşlik edəcəksiz" - sualını verməyə gərək yoxdur yəqin...
- "Dinamo Tbilisi" azarkeşiyəm, ancaq bu oyunda möhtəşəm futbola azarkeşlik edəcəm. Bildiyim qədər "Qarabağ" son illər ardıcıl Avroliqada qrup mərhələsinədək irəliləyir və orda da yaxşı oyun sərgiləyir. Bu, böyük göstəricidir. Gürcüstan futbolunda da bir müddət davam edən durğunluğa son verilib, artıq islahatların nəticəsini görməkdəyik.
II təsnifat mərhələsinin qarşılaşmaları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida