“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Samtredia” Gürcüstanın ən köklü klublarından biridir.
Samtredia şəhərini təmsil edən klub 1936-cı ildə yaradılıb. “Lokomotiv” kimi yaradılan komanda sonradan “Samtredia”, “Sanavardo”, “Cuba”, “İberiya” adlarını da daşıyıb. 1936-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində debüt edən Samtredia şəhərinin komandası uzun illər bu liqada mübarizə aparıb.
Klubun yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə ciddi uğuru olmayan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib. Avropadakı debüt uğursuz alınıb. Makedoniya “Vardar”ına evdə 0:2, səfərdə 0:1 hesabı ilə məğlub olub.
Ötən əsrin 90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir. 2009/10-cu illər mövsümündə “Samtredia” elitaya qayıtsa da, cəmi 2 mövsüm sonra yenidən I Diviziona düşür və 2014/15-ci illərdə yenidən Yüksək Liqaya qayıdır. Klub növbəti uğurunu 2015/16-ci illər mövsümündə qazanıb. Belə ki, komanda tarixində ikinci dəfə gümüş medalların sahibi çıxıb.
“Samtredia” geridə qalan mövsümü tarixində ilk dəfə olaraq çempion kimi tamamlayaraq Çempionlar Liqasına vəsiqəni təmin edib.
“Samtredia” ev oyunlarını 15 min tamaşaçı tutumuna malik Erosi Manjqaladze stadionunda keçirir. “Samtredia”nın fəxri isə klubun öz yetirməsi olan Kaxaber Kaladze sayılır.
Komandanın baş məşqçisi yerli mütəxəssis Qeorqiy Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən “Samtredia”nın heyətində 4 legioner çıxış edir. (2 Ukrayna, 1 Rusiya və 1 Qana).
Hazırda davam edən Gürcüstan çempionatında “Samtredia” 17 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, "Samtredia" ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 hesabı ilə qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, mərhələ adlayıb.
Mənbə: qarabagh.com
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır