Türkiyənin "Beşiktaş" klubu Azərbaycana gələcək.
Qol.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Fikrət Orman "Vətən" qəzetinə müsahibəsində deyib.
O deyib ki, təlim-məşq toplanışı çərçivəsində 10-12 ölkəyə getməli planlaşdırırlar. Bu ölkələr arasında Azərbaycan da var: "Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda "Beşiktaş” azarkeşi var. Keçən il ora gedə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib. Çin isə bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz "Real”, "Barselona” və ya "Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldo, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".
Qeyd edək ki, ötən ilin dekabrında "Beşiktaş"ın Azərbaycanda "Qarabağ"la yoxlama oyunu keçirəcəyi xəbərləri yayılmışdı. Ancaq bu səfər gerçəkləşməmişdi.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər