AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" komandasının sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib.
Qol.az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, E.Məmmədov indiyədək xorvatiyalı mütəxəssislə bağlı heç bir təklif almadıqlarını bildirib: "Prosineçkinin AFFA ilə ilin sonunadək müqaviləsi var. Onun özü də dünənki mətbuat konfransında bunu bir daha vurğuladı. İndiyədək "Bursaspor" rəhbərliyi və baş məşqçinin meneceri səviyyəsində bizə Prosineçki ilə bağlı heç bir müraciət olmayıb. Robertin özü ilə hər gün AFFA-da görüşürük, ofislərimiz ayrı deyil. Onun özü də bizə bu haqda bir söz deməyib".
Baş katib Prosineçki ilə danışıqlar apardıqlarını və böyük ölçüdə anlaşma əldə etdiklərini deyən "Bursaspor" rəhbərliyinin davranışına da reaksiya verib: "Biz də bu fikirləri mətbuatdan oxuyuruq. Əgər həqiqətən də AFFA-ya müraciət etmədən Prosineçki ilə danışıqlar aparıblarsa, "Bursaspor" rəsmilərinin bu addımı etikaya uyğun deyil. Belə hərəkəti düzgün saymıram".
"Bəs "Bursaspor" Prosineçkidən ötrü AFFA-ya müraciət edərsə, baş məşqçini buraxmağa razı olarsınızmı" sualını isə E.Məmmədov belə cavablandırıb: "Bunun üçün AFFA İcraiyyə Komitəsi və prezidenti var. Belə məsələlər onlar səviyyəsində müzakirə olunur".
Qeyd edək ki, Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunun ilk 6 turundan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. Qalan 4 oyunda yığmanı sentyabrın 1-də Norveçlə, oktyabrın 8-də Almaniya ilə səfər, sentyabrın 4-də San Marino, oktyabrın 5-də Çexiya ilə ev oyunları gözləyir.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar